PDF Oxu

Dünya

  • 7

Lukaşenko prezident postundan bezdiyini bildirib

Lukaşenko prezident postundan bezdiyini bildirib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, Belorus prezidenti Aleksandr Lukaşenko tutduğu prezident postunun onda ürək bulanması yaratdığını bildirmişdir. O, bu bəyanatını Estoniya prezidenti Urmas Paetlə görüşü zamanı ifadə etmişdir.
lSəmimiyyətlə deyirəm: artıq Lukaşenkoya hakimiyyət lazım deyil, o, hakimiyyətdən doymuşdur və bu hakimiyyət artıq onda ürək bulanması yaratmışdır" deyə Belorus prezidenti bildirmişdir. O, dediklərinə bu ifadəni də əlavə etmişdir ki, hakimiyyəti öz əlində saxlamaqda yeganə məqsədi Belorusun müstəqilliyini qorumaqdır.
Xatırladırıq ki, A.Lukaşenko 15 ildir ki, Belorus prezidenti postunu tutmaqdadır. Onun konstitusiyada dəyişiklik etməyə nail olması bir nəfərin prezident postunda iki müddətdən artıq seçilməsi maddəsinə məhdudiyyət qoymuşdur. Belorusda keçirilən son prezident seçkiləri ABŞ və Avropa Birliyində sərt təpki ilə qarşılanmışdır. Nəticədə Belorusun prezident seçkilərini saxtalaşdırdığı bəyan edilmiş və bu ölkə üzərinə sanksiyalar qoyulmuşdur. Həmin sanksiyalara görə, A.Lukaşenko və Belorusun bir neçə yüksək vəzifəli məmuru ABŞ və Avropa Birliyi ölkələrinə getməkdən məhrum edilmişdir.
A.Lukaşenko dəfələrlə bəyan etmişdir ki, 2011-ci ildə keçiriləcək prezident seçkilərində iştirak edib, dördüncü müddətə seçilmək niyyətindədir.

Digər xəbərlər