PDF Oxu

Dünya

  • 6

Polşa ABŞ-ın yeni RMƏ qurğularını öz ərazisində yerləşdirməyə razılıq verib

Polşa ABŞ-ın yeni RMƏ qurğularını öz ərazisində yerləşdirməyə razılıq verib
"Röyter" informasiya agentliyinin Polşanın baş naziri Donald Tuska əsaslanaraq, yaydığı məlumata görə, Varşava ABŞ-ın modernləşdirilmiş raketdənmüdafiə sisteminin elementlərini öz ərazisində yerləşdirməyə razılıq vermişdir. D.Tuskun bu bəyanatı onun ABŞ vitse-prezidenti Co Baydenlə görüşündən sonra keçirdiyi mətbuat konfransında səsləndirilmişdir.
"Frans Press"in məlumatına görə, danışıqlar zamanı C.Bayden Polşanın baş nazirini inandırmışdır ki, ABŞ Rusiya ilə münasibətləri mürəkkəbləşdirmək yolu tutmayacaqdır. C.Baydenin dediyinə görə, yeni RMƏ qurğuları Avropanı İranın orta və yaxın radiuslu raketlərindən daha etibarlı şəkildə qoruyacaqdır.
D.Tuskla görüşdən sonra C.Bayden Polşa prezidenti Lex Kaçinski ilə görüşməyi nəzərdə tutur. Bundan sonra o, Çexiya və Rumıniyaya gedəcəkdir.

Digər xəbərlər