PDF Oxu

Dünya

  • 12

Qırğızıstan parlamenti yerli hökumət strukturu formalaşdırıb

Qırğızıstan parlamenti yerli hökumət strukturu formalaşdırıb
"24.kq" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 22-də Qırğızıstan parlamenti ölkənin yeni hökumətinin strukturunu təsdiq etmişdir. Bu strukturun müddəalarına uyğun olaraq dövlət idarəçiliyi prezident islahatları əsasında qurulacaqdır. 90 deputatdan 82-si müvafiq qanun layihəsinə səs vermişdir. Parlamentdə yerlərin əksəriyyəti prezidentin lideri olduğu "Ak Jol" partiyasının üzvlərinin əlindədir. Yeni Qırğızıstan hökumətinin tərkibi 14 nazirlik, 7 agentlik, 6 xidmət və 2 fonddan ibarət olacaqdır. Layihənin qanuni qüvvəyə minməsi üçün 3 ay vaxt lazım gələcəkdir. Oktyabrın 20-də Qırğızıstan prezidenti Kurbanbek Bakiyev dövlət idarəçiliyi sistemində islahatlar aparacağını bildirmişdi. Bununla əlaqədar, İqor Çudinovun başçılıq etdiyi hökumət istefaya çıxmışdır. Ertəsi gün K.Bakiyev yeni baş naziri təyin etmişdir. Həmin şəxs keçmiş prezident administrasiyasının rəhbəri Daniyar Usenov olmuşdur.

Digər xəbərlər