PDF Oxu

Dünya

  • 5

Tayvan Çin raketlərinin adaya təhlükə törətdiyini bəyan edib

Tayvan Çin raketlərinin adaya təhlükə törətdiyini bəyan edib
"Assoşieyted Press" informasiya agentliyinin Tayvanın Müdafiə Nazirliyinin nümayəndəsinə əsaslanaraq, yaydığı məlumata görə, Çin hökuməti öz ərazisində Tayvan adasına doğru istiqamətlənən 1500-dən artıq raket düzmüşdür.
İlkin məlumata görə, onların arasında kiçik radiuslu ballistik raketlərlə yanaşı, qanadlı raketlər də vardır. Mənbənin məlumatına görə, onların sayı günü-gündən artmaqdadır.
Tayvan hökuməti təsdiq edir ki, ötən il Çin ada yaxınlığında 1300-dən artıq raket düzmüşdü. 1949-cu ildə "Qomindan" partiyasının tərəfdarları Tayvana keçdikdən sonra vətəndaş müharibəsində uğursuzluqla üzləşmişlər. Bundan sonra Çin və Tayvan arasında münasibətlər gərginləşməyə başlamışdır. Çin hökuməti belə hesab edir ki, Tayvan müstəqil dövlət kimi BMT sıralarına daxil ola bilməz.
Ötən il "Qomindan" partiyasının lideri Ma İntszou Tayvan prezidenti postunu tutduqdan sonra Çinlə Tayvan arasında münasibətlər əhəmiyyətli dərəcədə yaxşılaşmağa başlamışdır. O vaxt Çinlə ada dövləti arasında mütəmadi olaraq aviasiya reysləri uçuşa başladı. Tayvan prezidenti Ma İntszou dəfələrlə bəyanat vermişdir ki, münasibətlər Çin 1000-dən artıq raketini ada ətrafından götürdükdən sonra daha da yaxşılaşa bilər.

Digər xəbərlər