PDF Oxu

Dünya

  • 11

Belorus Zəhmətkeşlər Partiyası qeydiyyata alınmayıb

Belorus Zəhmətkeşlər Partiyası qeydiyyata alınmayıb
Belorus Maliyyə Nazirliyi Belorus Zəhmətkeşlər Partiyasını qeydiyyata götürməkdən imtina etmişdir. Nazirliyin rəsmi məlumatına görə, partiyanı təsis edənlərin ümumi sayı 1000 nəfərdən az olduğu üçün onun qeydiyyata götürülməsi məsləhət bilinmir. Partiya siyahısında 1000-dən artıq üzv göstərilsə də, yoxlama bunun əksini sübut etmişdir. Məlum olmuşdur ki, təsis yığıncağında iştirak etməyən 15 nəfər siyahıda qeyd olunan ünvanda yaşamır.
Haqqında söhbət gedən partiya 2004-cü ildə fəaliyyəti dayandırılmış Belorus Əmək Partiyasını əvəz etməli idi. Həmin partiya ölkənin vətəndaş kodeksinin siyasi partiyalar haqqında müddəasını kobud surətdə pozmuşdu. Partiya üzvləri şikayət ərizəsi ilə Belorus Ali Məhkəməsinə müraciət etmişlər. Müraciətə bir ay ərzində baxılmalıdır.

Digər xəbərlər