PDF Oxu

Dünya

  • 10

Yuşşenko Ukraynanın müstəqillik bayramını təsis edib

Yuşşenko Ukraynanın müstəqillik bayramını təsis edib
Ukrayna prezidenti Viktor Yuşşenko öz sərəncamı ilə ölkənin yeni milli bayramını təsis etdiyini bəyan etmişdir. Bu bayram Ukraynanın faşist işğalçılarından azad edilməsi günü kimi qeyd ediləcəkdir.
Bayram hər il oktyabrın 28-də keçiriləcəkdir. Sənəddə göstərilir ki, bu bayram Ukrayna xalqını İkinci Dünya müharibəsi zamanı göstərdiyi qəhrəmanlıq nümunələrini təcəssüm etdirmək məqsədilə təsis edilmişdir. V.Yuşşenkonun fikrincə, 28 oktyabr günü hər bir ölkə vətəndaşı üçün bayram kimi qəbul edilməlidir. Ukrayna prezidenti xatırladır ki, 1944-cü ilin 28 oktyabr günündə alman faşistlərinin ayağı Ukrayna ərazisindən çəkilmişdir.
2009-cu ildə nasistlərin indiki Ukrayna ərazisindən qovulmasının 65 illiyi qeyd ediləcəkdir. V.Yuşşenko İkinci Dünya müharibəsinin başlanmasında iki imperiyanı - Sovet İttifaqı və nasist Almaniyasını eyni dərəcədə günahkar hesab edir.

Digər xəbərlər