PDF Oxu

Dünya

  • 8

“İslam Milləti”nin lideri “postirqçi” Amerikaya inanmamağa çağırıb

“İslam Milləti”nin lideri “postirqçi” Amerikaya inanmamağa çağırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "İslam Milləti" dini-siyasi hərəkatının rəhbəri Luis Fərrəhan öz ardıcıllarını Barak Obamanın prezident seçkilərindəki qələbəsindən fərəhlənməməyə çağırmışdır. O öz müraciətində bildirmişdir ki, ABŞ-ın qaradərili müsəlmanları, əvvəllər olduğu kimi, bundan sonra da həyat şəraitlərinin yaxşılaşdırılması uğrunda fəal surətdə mübarizə aparmalıdırlar.
Oktyabrın 18-də L.Fərrəhan "Milyonlarla kişi marşı" kütləvi zənci aksiyasının ildönümü ilə əlaqədar çıxış etmişdir. Bu aksiya ilk dəfə 1995-ci ildə Vaşinqtonda təşkil edilmişdir. L.Fərrəhan öz çıxışında bildirmişdir ki, ABŞ-da ilk qaradərili prezidentin hakimiyyətə gəlməsi əhalidə belə bir təsəvvür yaratmamalıdır ki, bundan sonra ölkə "postirqçi" Amerikaya çevrilmişdir. Natiqin fikrincə, "proses əks-effekt" vermişdir. "Obama qaradərili prezident yox, Amerika prezidentidir" deyə 2008-ci ildə seçkilərdə B.Obamanın namizədliyini dəstəkləyən L.Fərrəhan bildirmişdir.
"İslam Milləti" dini-siyasi hərəkatı 1930-cu ildə Amerika zəncilərinin mənəvi, ictimai və iqtisadi rifahının yüksəldilməsi məqsədilə yaradılmışdır. 2008-ci ildə B.Obama seçkiönü kampaniyası gedişində rəsmi surətdə L.Fərrəhan və onun ardıcıllarını dəstəkləməkdən imtina etmişdir.

Digər xəbərlər