PDF Oxu

Dünya

  • 4

Afrikada 5 milyon dollar məbləğində mükafatın layiqli namizədi tapılmayıb

Afrikada 5 milyon dollar məbləğində mükafatın layiqli namizədi tapılmayıb
Dünyada ən nəhəng təşkilat komitələrindən biri 2009-cu il üzrə Afrikanın faydalı demokratik dövlət idarəçiliyi yönündə ayrılmış 5 milyon dollar məbləğində beynəlxalq mükafatı təqdim etmək üçün layiqli namizəd tapmadığından, mükafatı heç kəsə təqdim etməmək qərarı qəbul etmişdir. Təşkilat komitəsinin bəyanatında deyilir ki, "bir neçə layiqli namizədin" fəaliyyəti araşdırılsa da, qalibi müəyyənləşdirmək mümkün olmamışdır. Mükafat təsisçisi Sudan biznesmeni Mo İbrahim keçirdiyi mətbuat konfransında bildirmişdi ki, komitə tam müstəqil tərzdə fəaliyyət göstərir və heç kəsin onun işinə təsir etməməsinə üstünlük verir.
Mükafatın verilməsinin başlıca şərti odur ki, laureat Afrika dövlətlərindən birinin demokratik tərzdə seçilmiş lideri olmalı və üç ildən çox olmamaq şərti ilə istefaya çıxmalıdır. Laureat mükafatın məbləğini 10 il ərzində hər il üzrə 200 min dollar olmaqla alır. Mükafatı almış şəxs hakimiyyətdə olduğu vaxt ərzində ölkə iqtisadiyyatının inkişafında, səhiyyə proqramında, təhsil sahəsində müəyyən uğurlar olmalı və cəmiyyətdə vətəndaş icması və insan hüququ təşkilatları formalaşdırılmalıdır.
Mükafat 2007-ci ildə təsis edilmişdir və onun ilk laureatı Mozambikin keçmiş prezidenti Jaokin Çissanu olmuşdur.

Digər xəbərlər