PDF Oxu

Dünya

  • 10

“Əl-Kaidə” düşərgələrində 30 nəfər alman islamçısı məşq keçirir

“Əl-Kaidə” düşərgələrində 30 nəfər alman islamçısı məşq keçirir
"Vaşinqton Post" qəzetinin yazdığına görə, 2009-cu ilin yanvarından etibarən 30 nəfərədək Almaniya islamçısı "Əl-Kaidə" və "Taliban"ın məşq düşərgələrinə getmişdir. Bu məşq düşərgələri Pakistanın Əfqanıstan sərhədi ərazisində yerləşir. Onlardan 10 nəfəri artıq Almaniyaya qayıtmışdır. Almaniyanın xüsusi xidmət orqanı nümayəndələri terror təhlükəsinin qaçılmaz olduğunu bəyan etmişlər.
Əvvəllər "Əl-Kaidə" rəhbərliyi ayrı-ayrı Avropa ölkələrinə bir-iki terrorçu göndərə bilirdi. Hazırda isə, vəziyyət dəyişmişdir. Artıq "Əl-Kaidə" geniş qrupları əhatə edən terrorçuluq şəbəkəsi yaratmağa nail olmuşdur. Bu və ya digər Avropa ölkəsinə göndərilən terrorçulara hərəkət edəcəkləri marşrutun xəritəsi, pul və əlavə vəsait verilir.
Almaniyanın xüsusi xidmət orqanı əməkdaşlarının dediklərinə görə, indiyədək bir çox terrorçuluq şəbəkələri məhv edilmişdir. Onların dediklərinə görə, hazırda Almaniya ərazisində "Əl-Kaidə", "Taliban" və "Özbəkistan İslam Hərəkatı" fəaliyyət göstərməkdədir. Bəzi məlumatlara görə, bu şəbəkələr öz fəaliyyətlərini vahid strukturdan kənar qururlar ki, bu da onların ifşa olunmasını çətinləşdirir.
Sentyabrın 27-də Bundestaqa keçiriləcək seçkilərdən əvvəl islamçılar əsil təşviqat müharibəsinə başlamışdılar. Onlar cəmi bir həftə ərzində bir neçə internet videoroliki yaratmış və Almaniyada çoxsaylı terror aktları keçirəcəklərini bildirmişlər. Şərt kimi Almaniya qoşunlarının Əfqanıstandan çıxarılması tələbini irəli sürmüşlər. Bununla yanaşı, onlar Almaniya ərazisində yaşayan müsəlmanları cihada çağırmışdılar.

Digər xəbərlər