PDF Oxu

Dünya

  • 11

Tacikistanda terrorçu qruplaşma zərərsizləşdirilib

Tacikistanda terrorçu qruplaşma zərərsizləşdirilib
RİA "Novosti" informasiya agentliyinin yaydığı məlumata görə, Tacikistanın hüquq-mühafizə orqanı əməkdaşları bir terrorçu qruplaşmanı zərərsizləşdirmişdir. Əməliyyat Tacikistanın şimalında yerləşən İsfar şəhərində keçirilmişdir. "ASİLA-Plus" informasiya agentliyinin məlumatına görə, güc strukturları silahlı banditlərin gizlənmiş olduqları binanı mühasirəyə alıb təslim olmalarını təklif etmişlər. Terrorçular hüquq-mühafizə orqanı əməkdaşlarının bu təklifinə atəş açmaqla cavab vermişlər. Atışma nəticəsində silahlılardan dördü öldürülmüş, bir nəfər isə ələ keçirilmişdir. Milislərin bir nəfəri yaralanmışdır. Operativ əməliyyat işçiləri axtarış zamanı binada bir əl puleymotu, iki ədəd "Kalaşnikov" avtomatı, üç tapança, çoxsaylı patron və partlayış işi ilə bağlı kitablar aşkar etmişlər.

Digər xəbərlər