PDF Oxu

Dünya

  • 9

Yuşşenko prezident seçkiləri haqda sərəncam imzalayıb

Yuşşenko prezident seçkiləri haqda sərəncam imzalayıb
"Ukrainskya Pravda" qəzetinin yazdığına görə, Ukrayna prezidenti Viktor Yuşşenko prezident seçkiləri haqda sərəncam imzalamışdır. Sənəddə seçkinin 2010-cu ilin 17 yanvarında keçiriləcəyi təsdiq edilir.
Oktyabrın 19-da Ukraynada, rəsmi olaraq, seçkiönü kampaniya start götürmüşdür. Oktyabrın 20-dən etibarən prezidentliyə namizədlərin irəli sürülməsi kampaniyası başlayacaq və noyabrın 6-dək davam etdiriləcəkdir. Sərəncamda göstərilir ki, maliyyə nazirliyi seçkilərlə bağlı maliyyə məsələləri ilə məşğul olmalıdır. Mərkəzi və yerli hakimiyyət dairələrinə tapşırılmışdır ki, administrativ ehtiyatlardan bu və ya digər namizədlər üçün vəsait ayrılsın.Sənəddə göstərilir ki, seçkiönü kampaniyaya start verilməsi o mənanı verir ki, prezident postuna iddialı olan hər bir şəxs rəsmi namizədliyini qeydiyyata aldırmamış təşviqat materialları ilə çıxış edə bilməz. Ukrayna MSK-nın nümayəndəsi Mixail Oxendovski bununla əlaqədar demişdir: "Oktyabrın 19-dan etibarən zahiri reklam xarakterli seçkiönü materiallarının təşviqi və kütləvi informasiya vasitələrində yayılması qeyri-qanuni hesab olunur.
Ukraynanın prezident seçkilərində iştirak etmək üçün bir neçə siyasətçi öz namizədliyini irəli sürmək haqda bəyanat vermişdir. Bunların sırasına iqtidarda olan Ukrayna prezidenti Viktor Yuşşenko, ölkənin baş naziri və YTB lideri Yuliya Timoşenko, Ali Radanın keçmiş spikeri Arseni Yatsenyuk və Ukraynanın keçmiş prezidenti və Regionlar Partiyasının lideri Viktor Yanukoviç daxildir.

Digər xəbərlər