PDF Oxu

Dünya

  • 8

Obama Pakistana 7,5 milyard dollar ayrılması haqda qanun layihəsini imzaladı

Obama Pakistana 7,5 milyard dollar ayrılması haqda qanun layihəsini imzaladı
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ prezidenti Barak Obama Pakistana 7,5 milyard dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsini imzalamışdır. Layihədə 5 il ərzində Pakistana hər il 1,5 milyard dollar məbləğində dotasiya ayrılması nəzərdə tutulur.
Pakistan hökuməti ayrılan vəsaiti yoxsulluqla mübarizə proqramına ayırıb, ölkənin müxtəlif sosial və iqtisadi sahələrinə sərf etməlidir. ABŞ-da belə hesab edirlər ki, hökumətin bu cür mövqe tutması əhalinin yoxsul təbəqələrinin dəstəyinə arxalanan "Taliban" radikal islam hərəkatının mövqelərinin sarsılması ilə nəticələnərdi.
Ağ Evin mətbuat katibi Robert Gibbsin fikrincə, qanun layihəsinin təsdiqi Pakistanla ABŞ-ın strateji əməkdaşlığının möhkəmlənməsinə və ölkədə demokratiyanın güclənməsinə səbəb olacaqdır. Pakistanın xarici işlər naziri Şah Mahmud Qureşi, öz növbəsində, qanun layihəsini ölkənin müstəqilliyinə və təhlükəsizliyinə xələl gətirməyəcəyini bildirmişdir.
"Assoşieyted Press"in məlumatına görə, ABŞ-ın hazırladığı qanun layihəsi Pakistan hərbçilərinin kəskin tənqid atəşinə məruz qalmışdır. Layihənin gerçəkləşdirilməsi əlavə şərhlər doğurmuşdur. ABŞ-ın dövlət katibi hər 6 aydan bir layihənin tətbiqinin nəticələri haqda Konqresə məruzə etməlidir. Pakistan hökumətinin bu vəsaiti necə sərf edəcəyi nəzarət altında olacaqdır.
Pakistan müxalifəti belə bir fikir ifadə etmişdir ki, ABŞ-ın yardımı ölkədə hərbçilərlə hakimiyyət dairələri arasında müxtəlif fikir ayrılığı yarada bilər.

Digər xəbərlər