PDF Oxu

Dünya

  • 7

Nigeriya silahlıları hakimiyyət dairələri ilə atəşkəsi pozub

Nigeriya silahlıları hakimiyyət dairələri ilə atəşkəsi pozub
"Röyter" informasiya agentiliyinin yaydığı məlumata görə, Nigeriyanın üsyançı qruplaşması olan "Niger Deltasının Azadlığı Uğrunda Hərəkat" ("MEND") oktyabrın 16-da hakimiyyət dairələri ilə, 3 ay davam edən atəşkəs rejimindən çıxdığını bəyan etmişdir.
Hərəkat liderlərinin elektron məktublarında deyilir ki, cümə günündən etibarən qruplaşma Nigeriyanın neft sənayesi, hərbçiləri və müttəfiqləri ilə düşmən münasibətlərini bərpa edir.
"MEND" Nigeriyanın hakimiyyət dairələri ilə bu ilin iyulunda atəşkəs rejimi imzalamışdır. O vaxt hakimiyyət dairələri qruplaşmanın lideri Henri Okunu azadlığa buraxmışdır. Ehtimal olnurdu ki, tərəflər tezliklə bir-biriləri ilə sülh danışıqlarına başlayacaqlar. Nigeriya prezidenti Umar Yar-Adua "MEND" döyüşçülərinə amnistiya vermişdir. Bu amnistiya qruplaşmanın sıralarını kifayət dərəcədə seyrəltmişdir.
"MEND" silahlıları 2006-cı ildən Niger deltasının azadlığı uğrunda mübarizəyə başlamışlar. Onlar, mütəmadi olaraq, ölkə ərazisində xarici neft kompaniyalarının obyektlərinə hücum edir, neft və qaz infrastrukturlarını milliləşdirməyə cəhd edirdilər. Nəticədə bu hücumlar neft və qaz sənayesinin həcminin azalmasına səbəb olurdu.

Digər xəbərlər