PDF Oxu

Dünya

  • 7

Türkiyədə terror aktının qarşısı alınmışdır

Türkiyədə terror aktının qarşısı alınmışdır
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 15-də Türkiyə polisi "Əl-Kaidə" terrorçu qruplaşması ilə əlaqədə şübhəli bilinən 33 nəfəri həbs etmişdir.
İlkin məlumata görə, həbs olunanların bəziləri ölkə ərazisində terror aktları törətməyi planlaşdırırmışlar. Bununla əlaqədar Türkiyənin Van, Ərzurum, Konya, Batman və İstanbul şəhərlərinin terrorçuluğa qarşı mübarizə aparan polis bölmələri birgə reydlər keçirməyə başlamışlar.
Hüquq-mühafizə orqanı əməkdaşları müəyyən etmişlər ki, saxlanılan şəxslər ABŞ və İsrail səfirlikləri və NATO hərbi bazalarında terror aktları törətməyi planlaşdırırmışlar.
2003-cü ildə "Əl-Kaidə" silahlıları İstanbulda Britaniya konsulluğu, Britaniya bankı və iki sinaqoqa hücum təşkil etmişlər. Nəticədə 58 nəfər həlak olmuşdu. 2008-ci ildə terrorçular İstanbuldakı ABŞ konsulluğuna hücum etmişdilər. O vaxt üç terrorçu məhv edilmişdi. Ancaq əməliyyat zamanı üç polis əməkdaşı da həlak olmuşdu.

Digər xəbərlər