PDF Oxu

Dünya

  • 10

“FƏTH” “HƏMAS”-la atəşkəsə razılıq verib

“FƏTH” “HƏMAS”-la atəşkəsə razılıq verib
Oktyabrın 14-də "Yerusəlim Post" qəzetinin yazdığına görə, "FƏTH" hərəkatı tərəfdarları liderləri "HƏMAS" hərəkatı liderləri ilə atəşkəs haqda sənəd imzalamışlar. Hazırda "HƏMAS" nümayəndələri həmin sənədi imzalamamaları haqda məlumat yaymışlar. Sənədin rəsmi imzalanma mərasimi oktyabrın 25-də Qahirədə keçiriləcək görüşdə rəsmiləşdirilə bilər. 25 səhifədən ibarət sənəd Misir hökumətinin iştirakı ilə "FƏTH" nümayəndələri tərəfindən imzalanmışdır və yaxın günlərdə Qahirəyə göndəriləcəkdir.
Sənəddə 2010-cu ilin 28 iyununda keçirələcəyi gözlənilən növbədənkənar parlament və prezident seçkiləri məsələsinə toxunulmuşdur. "HƏMAS"-çılar seçkilərin proporsional seçki sistemi ilə keçirilməsini təklif ediblər. "HƏMAS"-çılar təkid edirlər ki, parlamentdəki yerlərin ən azı 40 faizi onlara verilməlidir.
Misir hökumətinin təklifi ilə sənəddə parlamentdəki yerlərin 75 faizi proporsional sistemlə müəyyənləşdirilməlidir. Qalan 25 faiz isə "HƏMAS"-ın təklif etdiyi sxem əsasında seçiləcək. "HƏMAS"-ın bu sənədi imzalamaqdan imtina edəcəyi təqdirdə, "FƏTH" üzvləri birtərəfli qaydada seçkilərin 2010-cu ildə başlanacağını bəyan edəcəklər.
2006-cı ildə "HƏMAS" hərəkatı Fələstində keçirilən parlament seçkilərində 133 yerdən 73-ünü əldə edərək, hökuməti formalaşdırmaq hüququ qazanmışdır. Fələstin muxtariyyətinin prezidenti isə "FƏTH"-in lideri Mahmud Abbasdır.

Digər xəbərlər