PDF Oxu

Dünya

  • 11

Əfqanıstana 500 Britaniya əsgəri göndəriləcək

Əfqanıstana 500 Britaniya əsgəri göndəriləcək
Əfqanıstandakı Britaniya hərbçilərinin miqdarı 500 nəfər artırılacaqdır. Bu bəyanatı oktyabrın 14-də Böyük Britaniyanın baş naziri Qordon Braun İcmalar Palatasındakı çıxışında vermişdir. Q.Braun Əfqanıstana göndəriləcək əsgərlərin sayı haqda dəqiq məlumat verməsə də, demişdir ki, əsgərlərin ümumi sayı 9,5 min nəfərə çatdırılacaqdır. Hazırda Əfqanıstanda 9 min nəfər hərbi qulluqçu xidmət edir. Yeni qrup Əfqanıstana gələn həftə göndəriləcəkdir. Q.Braunun dediyinə görə, Böyük Britaniyanın bu addımı koalisiyanın digər üzv ölkələrinə də, ibrət olmalıdır.
Q.Braun Əfqanıstan və Pakistan üçün 10 milyon funt sterlinq (16 milyon dollar) ayırmağı da nəzərdə tutduğunu bildirmişdir.
Britaniyanın Əfqanıstandakı hərbi kontingenti ABŞ ordusundan sonra sayca ikinci yer tutur. Məlum olduğu kimi, Əfqanıstanda 67 min ABŞ hərbi qulluqçu xidmət edir. Son 4 ay ərzində döyüş bölgələrində 50-dək Britaniya hərbi qulluqçusu həlak olmuşdur.

Digər xəbərlər