PDF Oxu

Dünya

  • 4

Çeyninin qızı Obama siyasətinə qarşı mübarizə aparmaq üçün təşkilat yaradıb

Çeyninin qızı Obama siyasətinə qarşı mübarizə aparmaq üçün təşkilat yaradıb
Keçmiş ABŞ vitse-prezdenti Dik Çeyninin qızı Elizabet Çeyni ABŞ prezidenti Barak Obamanın xarici siyasət kursunun əleyhinə çıxmaq üçün ictimai qeyri-kommersiya təşkilatı yaratmışdır.
"Amerikanın təhlükəsizliyini qoruyaq" adlanan təşkilat Obamanın yürütdüyü siyasəti neytrallaşdırmaq üçün xüsusi plan hazırlayacaqdır. Planda başlıca diqqət B.Obamanın İraq və Əfqanıstanda apardığı kampaniyaya, müdafiəyə ayrılan büdcə xərclərinin azaldılmasına, Quantanamoda terrorçuların saxlandığı mərkəzin bağlanmasına və MKİ-nin terrorçular üzərində xüsusi sorğu metodlarına qarşı yönəldiləcək.
Təşkilatda E.Çeynidən başqa, 11 sentyabr terror aktlarında həlak olmuş təyyarəçinin bacısı Debra Berlingeym və 1980-ci illərin axırlarında ABŞ vitse-prezidenti administrasiyasının başçısı postunu tutmuş Uilyam Kristol da təmsil olunurlar.
İlk olaraq, B.Obama həm daxili, həm də xarici siyasətini ABŞ-ın keçmiş vitse-prezidenti Dik Çeyni tənqid etmişdir.

Digər xəbərlər