PDF Oxu

Dünya

  • 9

Lavrov və Klinton İranın yeni sanksiya tətbiqinə hazır olmadığını bildirib

Lavrov və Klinton İranın yeni sanksiya tətbiqinə hazır olmadığını bildirib
"İnterfaks" informasiya agentliyinin yaydığı məlumata görə, ABŞ-ın dövlət katibi Hillari Klinton Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Moskvada keçirdiyi mətbuat konfransında İrana münasibətdə yeni sanksiyaların tətbiqinin vaxtının yetişmədiyini bildirmişdir. "Diplomatik yolla uğur qazanmağın mümkün olmayacağı təqdirdə, İran üzərinə sanksiya tətbiq etmək olar" - deyə H.Klinton bildirmişdir.
S.Lavrov, öz növbəsində, Rusiya və ABŞ-ın İrana münasibətdə aralarında heç bir fikir ayrılığı olmadığını bildirmişdir: "Biz İrana münasibətdə biri-birimizdən heç nə soruşmuruq. Çünki bu ölkəyə münasibətdə mövqelərimiz daim üst-üstə düşür".
H.Klinton və S.Lavrov bildirmişlər ki, İranın nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək hüququ olsa da, nüvə silahı düzəltmək ixtiyarı yoxdur. Tehran isə nüvə proqramının dinc məqsədlərə yönəldildiyini bildirir.
BMT-nin Təhlükəsizlik Şurası 2006-cı ildə İran üzərinə iqtisadi sanksiya tətbiq etmişdir. O vaxtdan etibarən bu sanksiyaların vaxtı bir neçə dəfə uzadılmışdır. Bu ölkə üzərinə yeni sanksiyaların tətbiqi haqda söhbət Tehranın rəsmi dairələrinin uranın zənginləşdirilməsi üzrə ikinci zavodun mövcudluğu haqqında danışdıqdan sonra getməyə başlamışdır. Oktyabrın əvvəllərində Cenevrədə İranın nüvə proqramı üzrə danışıqlar keçirilmişdir. O zaman da Tehran üzərinə sanksiyanın tətbiqinin dəqiq vaxtı göstərilməmişdir.

Digər xəbərlər