PDF Oxu

Dünya

  • 13

Yuşşenko benderləri UÜO-nun yaradılması münasibətilə təbrik edib

Yuşşenko benderləri UÜO-nun yaradılması münasibətilə təbrik edib
Ukrayna prezidenti Viktor Yuşşenko oktyabrın 14-də Ukrayna Üsyançıları Ordusunun 67-ci ildönümü ilə əlaqədar veteranları təbrik etmişdir. V.Yuşşenko bender ordusunun "Stalin repressiyası və nasist rejimlərinə qarşı ədalətli cavab" olduğunu bəyan etmişdir. Onun fikrincə, bu ordu ölkə əhalisinin azadlığa və müstəqilliyə meyilinin mücəssəməsi olmuşdur. Ukrayna prezidenti bender ordu birləşmələrinin dövlətçiliyin gələcək əsaslarını qoyduğunu bildirmiş və işğal şəraitində bu cür döyüş qabiliyyətli ordunun yaranmasını müstəsna hal kimi qiymətləndirmişdir. V.Yuşşenko o zaman minlərlə Ukrayna gəncinin əllərində silah eyni vaxtda bəşəriyyətə nifrət edən iki imperiyaya - nasist və kommunist imperiyalarına qarşı mübarizəyə qalxıb qalib gəlmələrindən fərəh hissi keçirdiyini bildirmişdir. "Artıq hər iki imperiya süquta uğramışdır. Onların xarabalıqları üzərində müstəqil və demokratik Ukrayna dövləti ucalmışdır" - deyə V.Yuşşenko UÜO veteranlarına bildirmişdir.
Ukrayna prezidenti hazırda onun rəhbərliyi altında ölkə tarixinin saxtakarlıqdan təmizlənməyə doğru getdiyini bildirmişdir. "Bu gün biz Ukrayna Üsyançıları Ordusunun döyüşçülərinin şücaətini qiymətləndirir və onları əsil milli qəhrəman hesab edirik" - deyə Ukrayna prezidenti vurğulamışdır. Onun fikrincə, məhz bu nəsil üzərində Ukraynanın gələcək nəsilləri intişar tapacaqdır.
1942-ci ilin 14 oktyabrı UÜO-nun yaranması günüdür.

Digər xəbərlər