PDF Oxu

Dünya

  • 13

Əhmədinejadın müşavirinin qızı Almaniyadan sığınacaq istəyib

Əhmədinejadın müşavirinin qızı Almaniyadan sığınacaq istəyib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İran prezidentinin müşavirinin qızı Almaniyadan siyasi sığınacaq istəmişdir.
İran prezidenti Mahmud Əhmədinejadın kütləvi informasiya vasitələri ilə əlaqədar mədəniyyət məsələləri üzrə müşaviri Mehdi Kolharın qızı Nərgiz Kolhar sənədlərini Nürnberqdə siyasi sığınacaq almaq üçün təqdim etmişdir. O, buraya insan hüququnun qorunması proqramına həsr olunmuş kinofestivalda iştirak etmək üçün gəlmişdir.
Nərgiz Kolhar festivala təqdim etdiyi filmi ilə gəlmişdir. Onun çəkdiyi filmdə totalitarizm və işgəncələrin tətbiqi ittiham edilir. "YouTube" qəzetinə verdiyi müsahibəsində N.Kolhar atasının onun planlarından xəbərdar olmadığını bildirmişdir. Onun atası bir qədər sonra bu məlumatı "İRNA" İran informasiya agentliyinə də ötürmüşdür. Mehdi Kolharın dediyinə görə, qızı artıq bir ildir onunla yaşamır və onun anası ilə siyasi mövqelərinin üst-üstə düşməməsi səbəbindən boşanmışdır. Bununla belə, Nərgiz Kolhar ümid etdiyini bildirmişdir ki, atası öz fikrini dəyişib, belə bir çətin vəziyyətdə onun mövqeyini dəstəkləyəcəkdir.

Digər xəbərlər