Obamanın müşaviri iqtisadiyyatın süqutunda Buş administrasiyasını ittiham edi
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Barak Obamanın aparıcı iqtisadi müşaviri ABŞ iqtisadiyyatının böhranının bütün məsuliyyətini Corc Buş administrasiyasının üzərinə qoymuşdur.
ABŞ iqtisadiyyatının tanınmış mütəxəssisi Lourens Sammersin fikrincə, hazırda respublikaçıların fəal surətdə tənqid etdikləri fəaliyyətdə olan iqtisadi tənzimləmə sistemi daha genişmiqyaslı süqutdan yaxa qurtarmaq imkanı yaradacaqdır.
ABŞ milli iqtisadiyyat şurasının direktoru olan L.Sammers öz məktubunu Nümayəndələr Palatasının lideri olan respublikaçı Con Baynerə ünvanlamışdır. C.Bayner cavabında demişdir ki, ABŞ-ın bugünkü administrasiyasının say üzrə 787 milyardıncı planı işçi yeri yaradılması uğrunda mübarizədə qeyri-effektiv təsir bağışlamışdır. C.Bayner işsizliyin artım tempinin yavaşıdığını və nəticədə ölkənin iqtisadiyyat yolu ilə irəliləməsində uğur qığılcımlarının görünməyə başladığını bildirmişdir.
"Vaşinqton Post" qəzeti 12 oktyabr sayında yazırdı ki, C.Bayner L.Sammersə belə bir sual ünvanlamışdır: "Hər bir amerikalı iqtidarda olan administrasiyadan soruşur: bəs yeni iş yerləri hanı?" L.Sammers fevral ayında deyirdi ki, amerikalılar iqtisadiyyatın stimullaşdırılmasına ayrılmış maliyyənin effektivliyini "ani olaraq" müşahidə edəcəklər. Ancaq o, qeyd edirdi ki, yeni planın gerçəkləşdirilməsinin əvvəllərindən ölkə iqtisadiyyatı, təxminən, 3 milyon işçi yeri itirmişdir.
ABŞ-ın əmək nazirliyi oktyabrda işsizliyin səviyyəsinin son 26 il ərzində ən yüksək nöqtəyə qalxdığını, yəni, 9,8 faiz olduğunu bəyan etmişdir. L.Sammers əmin olduğunu bildirmişdir ki, Obama son 8 ildə vergi siyasətində buraxılmış köhnə səhvlərinin heç birini təkrarlamayacaqdır.