PDF Oxu

Dünya

  • 10

Böyük Britaniya ordusu hazırlıq məşqlərini qənaət edəcək

Böyük Britaniya ordusu hazırlıq məşqlərini qənaət edəcək
"Defence Manaqement" qəzetinin yazdığına görə, Böyük Britaniyanın Müdafiə Nazirliyi 20 milyon funt sterlinq (31,5 milyon dollar) qənaət etməyi planlaşdırır. Qənaətin başlıca hissəsi quru qoşunlarının hazırlıq məşqlərinin yarım il ərzində dayandırılması hesabına başa gələcəkdir.
Nəzərdə tutulan vaxt ərzində ölkənin quru qoşunları hərbi hazırlıq kursu keçməyəcək və məntiqi olaraq əmək haqqı almayacaqdır. Ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinin dediyinə görə, bu, nazirlik üçün mürəkkəblik törətsə də, bundan qaçmaq qeyri-mümkündür.
Hazırda Böyük Britaniyanın quru qoşunlarının ümumi sayı 12 min nəfərə yaxındır. 12 il əvvəl bu rəqəm 57 min rəqəmini aşırdı. Qəzetin məlumatına görə, Böyük Britaniya hökuməti il ərzində Əfqanıstan, İraq və Balkan ölkələrinə 1200 nəfərə yaxın quru qoşunlarına məxsus əsgər və zabit göndərirdi.

Digər xəbərlər