PDF Oxu

Dünya

  • 6

FTB Gürcüstanı “Əl-Kaidə”yə yardım etməkdə suçlu bilib

FTB Gürcüstanı “Əl-Kaidə”yə yardım etməkdə suçlu bilib
Rusiya Federal Təhqiqat Bürosunun direktoru Aleksandr Bortnikov Gürcüstanın xüsusi xidmət orqanı əməkdaşlarını "Əl-Kaidə" terrorçuluq şəbəkəsinin nümayəndələrinə kömək etməkdə ittiham etmişdir.
Onun fikrincə, Gürcüstan tərəf öz ərazisi vasitəsilə Çeçenistana terrorçular keçirir və Dağıstana silah ötürür. A.Bortnikov bu bəyanatını oktyabrın 13-də terrorçuluq əleyhinə milli komitənin yığıncağında vermişdir. RİA "Novosti" FTB direktorunun bəyanatından sitat gətirir: "Hərbi əməliyyatlar zamanı məhv edilmiş silahlılarda audiohesabatlar aşkar edilmişdir. Həmin hesabatlarda Gürcüstanın xüsusi xidmət orqanları nümayəndələrinin öz ərazisindən Çeçenistana terrorçular keçirməsi və terror aktlarının təşkilində fəaliyyət göstərməsi bildirilir. Gürcüstan tərəf mütəmadi olaraq, Çeçenistana silah, partlayıcı qurğu, maliyyə vəsaiti və diversiya aktları törətmək üçün digər ləvazimatlar keçirir. Bu da Dağıstanın neft və qaz mədənlərinin təhlükəlilik dərəcəsini birə-beş artırır".
A.Borotnikovun dediyinə görə, cari ilin əvvəlindən bandit dəstəsinin 178 üzvü həbs edilmişdir. FTB direktorunun təsdiq etdiyinə görə, ələ keçirilənlər arasında Əlcəzair sakini "doktor Məhəmməd" adlandırılan "Əl-Kaidə" üzvü olmuş və o, Dağıstan terrorçularının fəaliyyətini koordinasiya etmişdir. Direktorun dediyinə görə, ilin əvvəlindən 45 terror aktının törədilməsinin qarşısı alınmışdır.

Digər xəbərlər