PDF Oxu

Dünya

  • 12

Çin ABŞ-ın Dalay-Lamaya mükafat verməsindən narazı qalıb

Çin ABŞ-ın Dalay-Lamaya mükafat verməsindən narazı qalıb
"Assoşieyted Press" informasiya agentliyinin oktyabrın 12-də yaydığı məlumata görə, Çinin hakimiyyət dairələri ABŞ-ı ölkənin daxili işlərinə qarışmaqda ittiham etmişlər.
Məlum olduğu kimi, ABŞ qanunvericiləri Tibetin dini lideri XIV Dalay-Lamaya insan hüququ uğrunda mübarizədə əldə etdiyi nailiyyətlərə görə mükafat vermişlər. Çin hökumətinin ittihamının əsasında, məhz bu mükafatlandırma mərasimi durur. Çinin Xarici İşlər Nazirliyinin nümayəndəsi Ma Çjaosüy hadisə ilə əlaqədar rəsmi bəyanat vermişdir: "Biz ABŞ Konqresinin bəzi üzvlərini tarixi faktlara hörmətlə yanaşmağa çağırırıq. Onlar Dalay-Lamanın əsil sifətini görməli, onu etiraf etməli və bu nüansdan Tibet məsələsində istifadə etməklə Çinin daxili işlərinə qarışmamalıdırlar." Çinin rəsmi dairələri Dalay-Lamanı separatçı hesab edir, onunla əlaqəni qanundankənar hesab edirlər.
Oktyabrın 6-da ABŞ-ın bir qrup qanunvericisi Nümayəndələr Palatasının spikeri Nensi Pilozinin başçılığı ilə Dalay-Lamaya mükafat təqdim etmişlər. Həmin mükafat 2008-ci ildə həlak olmuş konqresmen və hüquq müdafiəçisi Tom Lantos tərəfindən təsis edilmişdir.
T.Lantos Fondunun prezidenti və mərhum hüquq müdafiəçisinin qızı Katrin Lantos Suett Çin rəsmilərinin narazılığını əsassız hesab etmişdir: "Dalay-Lama bütün zamanların ən tanınmış sülhməramlılarındandır və biz onu birinci Lantos Hüquq-Müdafiə mükafatına layiq görməyimizdən böyük qürur hissi keçiririk."
ABŞ prezidenti Barak Obama Çin rəsmilərinin mövqeyini bildiyindən Tibet buddaçısı ilə görüşünü noyabrda Çinə rəsmi səfərinədək təxirə salmışdır.

Digər xəbərlər