PDF Oxu

Dünya

  • 16

Hindistan iki ballistik raketin sınağını keçirib

Hindistan iki ballistik raketin sınağını keçirib
"Press Trust of İndia" qəzetinin Hindistanın müdafiə təhqiqatı və təcrübəsi təşkilatına (DRDO) əsaslanaraq, yazdığına görə, oktyabrın 12-də Hindistan ordusu iki yaxın radiuslu ballistik raketin sınağını keçirmişdir. "Prithvi-II" raketinin buraxılışı ölkənin Orissa ştatının şərqində yerləşən Çandipur poliqonu ərazisindən yerli vaxtla saat 10.28-də yerinə yetirilmişdir. Beş dəqiqə sonra ikinci analoji raketin sınağını keçirilmişdir.
Raketlərin uçuş trayektoriyaları müxtəlif nöqtələrdə yerləşdirilən çoxfunksiyalı radiolokasiya stansiyalarının batareyaları tərəfindən müşahidə edilmişdir. Əldə edilmiş nailiyyətlər sınağın öyrənilməsinə yardım edəcəkdir.
Qeyd etməyi lazım bilirik ki, "Prithvi-I" raketi Hindistan ordusuna 1991-ci ildən daxil edilmişdir. Bu raket 1000 kiloqram faydalı yüklə 150 kilometr məsafədən hədəfi vura bilir. "Prithvi-II" raketi iki dəfə az faydalı yüklə yüklənsə də, hədəfi 350 kilometrdən vurmaq qabiliyyətindədir. Qəzetin verdiyi məlumata görə, sınaqların keçirilməsində məqsəd silahların dəqiqliyini yoxlamaq olmuşdur.

Digər xəbərlər