İraqda baş vermiş terror aktları nəticəsində 20 nəfərdən çox adam həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 11-də İraqın Ramadi şəhərində baş vermiş üç terror aktı nəticəsində 20 nəfərdən çox adam həlak olmuş, 80 nəfərədək yaralanmışdır. Hər üç terror aktını kamikadzelər avtomobillərə bərkidilmiş partlayıcı quİraqda baş vermiş terror aktları nəticəsində 20 nəfərdən çox adam həlak olub
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, oktyabrın 11-də İraqın Ramadi şəhərində baş vermiş üç terror aktı nəticəsində 20 nəfərdən çox adam həlak olmuş, 80 nəfərədək yaralanmışdır. Hər üç terror aktını kamikadzelər avtomobillərə bərkidilmiş partlayıcı qurğuları işə salmaqla gerçəkləşdirmişlər. İlk partlayış yerli vaxtla 12.30-da törədilmişdir. "CNN"-in dəqiqləşdirdiyinə görə, birincidən on dəqiqə sonra ikinci partlayış baş vermişdir.
Üçüncü avtomobil şəhərin mərkəzi xəstəxanası yaxınlığında partladılmışdır. Həmin gün xəstəxanaya xeyli xəstə gətirilmişdir. "Assoşieyted Press"in məlumatına görə, partlayışlar nəticəsində 21 nəfər, "İTAR-TASS"-ın məlumatına görə isə, 25 nəfər həlak olmuşdur.
Ramadi şəhəri Anbar əyalətinin paytaxtıdır və o, Bağdadın 110 kilometr qərbində yerləşir. rğuları işə salmaqla gerçəkləşdirmişlər. İlk partlayış yerli vaxtla 12.30-da törədilmişdir. "CNN"-in dəqiqləşdirdiyinə görə, birincidən on dəqiqə sonra ikinci partlayış baş vermişdir.
Üçüncü avtomobil şəhərin mərkəzi xəstəxanası yaxınlığında partladılmışdır. Həmin gün xəstəxanaya xeyli xəstə gətirilmişdir. "Assoşieyted Press"in məlumatına görə, partlayışlar nəticəsində 21 nəfər, "İTAR-TASS"-ın məlumatına görə isə, 25 nəfər həlak olmuşdur.
Ramadi şəhəri Anbar əyalətinin paytaxtıdır və o, Bağdadın 110 kilometr qərbində yerləşir.