PDF Oxu

Dünya

  • 7

“Əl-Kaidə” Çin uyğurlarını cihada çağırıb

“Əl-Kaidə” Çin uyğurlarını cihada çağırıb
"CNN" informasiya agentliyinin yaydığı məlumata görə, "Əl-Kaidə" terrorçu qruplaşması Çin uyğurlarını "müqəddəs müharibədə" iştirak etməyə çağırmışdır. "Əl-Kaidə"nin yüksək vəzifəli nümayəndəsi Əbu Yəhya əl-Libi islam saytlarından birində yerləşdirilmiş videoyazıda Çin uyğurlarına müraciət etmişdir. Əl-Libinin fikrincə, uyğurların "tirançılıqdan və istismardan" xilas olunmalarının yeganə üsulu cihada qalxmaqdır.
Əl-Libi ateist təbliğatı yürüdən Çini Sovet İttifaqı ilə müqayisə etmiş və xatırlatmışdır ki, sovetlər məhz islam Əfqanıstanı ilə qarşıdurmadan sonra süquta uğramışdır. O, Çin hökumətini xəbərdar etmişdir ki, onları da "rus ayısının taleyi" gözləyir.
Başlıca dinləri islam etiqadı olan uyğurlar Çinin Sintszyan əyalətində yaşayırlar. Yerli əhali bu ərazini Şərqi Türküstan adlandırır. 2009-cu ilin yayında bu əyalətdə bir neçə etnik qarşıdurma olmuşdur. Urumçi şəhərində qanun pozuntusu uzun müddət davam etmişdir. Qarşıdurma zamanı 200 nəfərədək adam həlak olmuşdur.

Digər xəbərlər