PDF Oxu

Dünya

  • 15

Əhmədinejad əleyhinə qiyama görə iranlıya ölüm hökmü oxunub

Əhmədinejad əleyhinə qiyama görə iranlıya ölüm hökmü oxunub
"Qardian" qəzetinin yazdığına görə, İran prezidenti Mahmud Əhmədinejadın yenidən prezident seçilməsinə etiraz edən gənc iranlı əleyhinə ölüm hökmü çıxarılmışdır. 37 yaşlı Məhəmməd Rza Əli Zamani ilk iranlıdır ki, 2009-cu ilin iyununda baş vermiş qanun pozuntusuna görə, öz həyatı ilə vidalaşmalı olacaqdır. İstintaq zamanı o, islam quruluşu əleyhinə sui-qəsd hazırladığını etiraf etmişdir. O, konkret bir monarxiya komitəsinin üzvü olduğunu bildirmişdir. Hakimiyyət dairələri bu təşkilatın terrorçuluqla məşğul olduğunu bəyan etmişlər. Müttəhimin tərəfdarları ifadələrin təzyiq altında verildiyini bildirmişlər. Komitə üzvlərinin dediklərinə görə, Əli Zamani onların radiostansiyalarında işləmiş və talançılıqda iştirak etməmişdir. Hazırda 100 nəfərdən çox nümayiş iştirakçısı nəzarət altında saxlanmaqdadır.

Digər xəbərlər