PDF Oxu

Dünya

  • 13

Rusiyada nüvə silahının istifadəsi əsaslı surətdə dəyişiləcək

Rusiyada nüvə silahının istifadəsi əsaslı surətdə dəyişiləcək
RİA "Novosti" informasiya agentliyinin Rusiyanın Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin oktyabrın 8-də Novosibirskdə verdiyi bəyanata əsaslanaraq, yaydığı məlumata görə, Rusiyada nüvə silahının istifadəsində əsaslı dəyişikliklər ediləcəkdir.
N.Patruşevin dediyinə görə, yeni əsasnaməyə görə, preventiv nüvə zərbələri köhnələrdən "xeyli fərqlənəcəkdir". O, yeni doktrinanın mahiyyətcə köhnə üzərində yeni əsaslarla qurulacağını bildirir: "Biz bu hərbi doktrinanı aşkar surətdə hazırlamaq istəyirik. İstəyirik ki, bizim bu cür qurğu hazırladığımızı xaricdə bilsinlər." N.Patruşev hərbi doktrianın ilin axırlarında təsdiq edilmək üçün prezidentə təqdim ediləcəyini bildirib.
Rusiyanın yeni hərbi doktrina işləyib-hazırlaması ötən ilin dekabrından məlum idi. O zaman Rusiya silahlı qüvvələrinin baş qərargahının rəisi olan Nikolay Makarov yeni doktrinanın köhnələrdən xeyli fərqli olacağını bildirmişdir. Təhlükəsizlik şurası katibinin müavini Yuri Baluyevski qeyd etmişdir ki, başlıca fərq nüvə silahı tətbiqinin hüquqi məsələlərinə aid ediləcəkdir.
Rusiyanın fəaliyyətdə olan hərbi doktrinası 2000-ci ilin aprelində təsdiq edilmişdir. Həmin doktrinanın müddəalarına uyğun olaraq, Rusiya ona və müttəfiqlərinə kütləvi qırğın silahlarına tətbiq ediləcəyi təqdirdə, qarşı tərəfə qarşı nüvə silahı tətbiq etmək hüququna malikdir.

Digər xəbərlər