PDF Oxu

Dünya

  • 6

İsrail ölkənin xarici siyasətinin yeni planını hazırlayıb

İsrail ölkənin xarici siyasətinin yeni planını hazırlayıb
"Yerusəlim Post" qəzetinin yazdığına görə, İsrailin xarici işlər naziri Aviqdor Libermanın tapşırığı ilə ölkənin xarici siyasətinin yeni inkişaf planı hazırlanmışdır. Bu sənədə əsasən, İsrail özünün başlıca strateji partnyorundan az asılı olacaqdır. Xarici siyasətin yeni planının üç başlıca cəhəti vardır. Bunlara əsaslanan hökumət əvvəlki hakimiyyət dairələrinin əməkdaşlıq etmək istəmədikləri ölkələrlə əlaqələrini möhkəmləndirəcəkdir. Ölkə rəhbərliyi beynəlxalq ictimaiyyətə müraciət edib, İsrail-Fələstin konfliktini qısa vaxt ərzində başa çatdırmağa çalışacaqdır. Nəhayət, dünyada antisemitizmə qarşı baş verməkdə olan bütün təzahürlərə "sıfır dərəcəli dözüm" nümayiş etdiriləcəkdir. A.Liberman ətrafının fikrincə, ölkənin əvvəlki xarici işlər nazirliyi mahiyyətcə "Fələstin xarici işlər nazirliyi" rolu oynamışdır. Sənəddə deyilir ki, ABŞ İsrailin ən yaxın dostu kimi qalmaqdadır. Ancaq yeni rəhbərlik ümumi maraqlar naminə digər ölkələrlə də əməkdaşlıq etmək niyyətindədir. On illər ərzində İsrail Latın Amerikası, Afrika, Şərqi Avropa, Balkanlar, Mərkəzi və Cənubi-Şərqi Asiya ölkələrinə diqqət yetirməmişdir.

Digər xəbərlər