PDF Oxu

Dünya

  • 11

Saakaşvili xalqın icazəsi olmadan vergini artırmamağı təklif edib

Saakaşvili xalqın icazəsi olmadan vergini artırmamağı təklif edib
"Civil Georgiya"nın məlumatına görə, Gürcüstan prezidenti Mixail Saakaşvili dövlətin yeni vergi tətbiqi imkanının məhdudlaşdırılması və ya mövcud vergi artımının qarşısının alınmasına qanunvericilik baxımından yanaşmağı təklif etmişdir. "Yeni vergi sisteminin tətbiqinə dövlət xalqın icazəsi olmadan başlamamalıdır" deyə M.Saakaşvili bildirmişdir.
O, qeyd etmişdir ki, vergi yükünün pis saxlanılması ölkəyə investisiya qoyuluşunun artırılmasına səbəb olur. Dövlət başçısı "İqtisadi müstəqillik aktı" adlanan vergi haqda məsələnin referenduma çıxarılması təşəbbüsünü irəli sürmüş və oktyabrın 6-da qanunvericilik paketini parlamentə təqdim etmişdir. M.Saakaşvili belə hesab edir ki, "İqtisadi müstəqillik aktı" əhalinin ictimai inkişaf sisteminə yardımçı olacaqdır. Söhbət ehtiyacı olan şəxslərə ediləcək yardımlardan gedir.
Gürcüstan müxalifətinin nümayəndələri prezidentin bu təşəbbüsünü bədbinliklə qarşılamışlar. "Ədalətli Gürcüstan Uğrunda Hərəkat"ın lideri, ölkənin keçmiş baş naziri Zurab Noqaideli "Qruziya Online"yə verdiyi müsahibəsində demişdir ki, M.Saakaşvilinin bu təklifi ölkənin "iqtisadiyyatı əleyhinə" yönəldilmişdir. Xristian- demokratların parlament təmsilçisi Levan Vepxvadze "CNN" agentliyinə verdiyi müsahibəsində belə bir fikir ifadə etmişdir ki, ölkə prezidentinin planları "qeyri-realdır".

Digər xəbərlər