PDF Oxu

Dünya

  • 10

İsraildə İslam Hərəkatının lideri həbs edilib

İsraildə İslam Hərəkatının lideri həbs edilib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İsraildə qanunçuluğun pozulmasına çağıran İslam Hərəkatının başçısı Raed Salah həbs edilmişdir. Bu şəxs polis tərəfindən Yerusəlimin Vadi-Coz hissəsində fələstinlilərlə polis arasında toqquşma yaratmağa cəhd edərkən həbs edilmişdir. Hakimiyyət dairələrinin məlumatına görə, son günlər M.Salah dəfələrlə müsəlmanları Məbəd dağında yerləşən Əl-Aksa məscidini qorunmağa çağırmışdır. Əvvəllər R.Salah dəfələrlə polis tərəfindən saxlanılmış və hətta iki il həbsxanada olmuşdur.
Yerusəlimdə qanun pozuntusu sentyabrın axırlarında başlanmışdır. Məbəd dağında fələstinlilər bir qrup yəhudini müşayiət edən polislə mübahisə etmişlər. Nəticədə 150 nəfərdən ibarət kütlə polisi daşa basmışdır. Buna cavab olaraq, polis güc tətbiq etməli olmuşdur. Bundan sonra, Məbəd dağına aparan giriş yolu bağlanmışdır. Bu da, öz növbəsində, yeni narazılıq dalğasının yayılmasına səbəb olmuşdur.

Digər xəbərlər