PDF Oxu

Dünya

  • 16

ABŞ-ın baş prokuroru Nyu-York sui-qəsdini 11 sentyabr hadisəsi ilə müqayisə edib

ABŞ-ın baş prokuroru Nyu-York sui-qəsdini 11 sentyabr hadisəsi ilə müqayisə edib
"Röyter" informasiya agentliyinin yaydığı məlumata görə, terrorçuların Nyu-Yorkda gerçəkləşdirə bilmədikləri sui-qəsd 2001-ci ilin 11 sentyabrından etibarən ABŞ-ın təhlükəsizliyi üçün ən ciddi təhdid hesab edilmişdir. Agentlik bu bəyanatı ABŞ-ın baş prokuroru Erik Holderin verdiyini bildirmişdir. İndiyədək cəmi bir terrorçu həbs edilsə də, baş prokurorun dediyinə görə, artıq istintaq sui-qəsd iştirakçıları və onların məqsədləri haqda kifayət qədər aydın təəssürat əldə etməyə nail olmuşdur. E.Holder tam əminliklə bəyan etmişdir ki, haqqında söhbət gedən sui-qəsd "Əl-Kaidə"nin beynəlxalq terrorçuluq şəbəkəsi ilə əlaqəli olmuşdur. O, Kolorado sakini Nəcibulla Zazinin "Əl-Kaidə" düşərgəsində məşq keçdiyini bildirmişdir. İstintaqın gedişi haqda geniş məlumat verməyən baş prokuror tezliklə cinayətkarların hamısını məsuliyyətə cəlb ediləcəklərini vurğulamışdır. Prokurorun fikrincə, sui-qəsdin baş tutacağı təqdirdə, onlarla amerikalının həyatına qəsd ediləcəkdi.

Digər xəbərlər