PDF Oxu

Dünya

  • 9

Qırğızıstan parlamenti “Manas” aviabazasını Avropa ölkələrinin istifadəsinə verir

Qırğızıstan parlamenti “Manas” aviabazasını Avropa ölkələrinin istifadəsinə verir
"Fərqanə.Ru" informasiya agentliyinin yaydığı məlumata görə,  Qırğızıstan parlamenti "Manas" aviabazasını ABŞ-dan başqa, Fransa və İspaniya ölkələrinin hərbi kontingentlərinin də ixtiyarına vermək qərarı qəbul etmişdir. Qərar parlamentin beynəlxalq məsələlər üzrə komitəsində qəbul edilib.
Fransa və İspaniya ABŞ-ın müttəfiqi kimi Əfqanıstanda keçirilən hərbi əməliyyatlara məhz "Manas" aviabazasından  nəzarət edirdi. Əvvəlki razılaşma Qırğızıstan rəhbərliyinin təşəbbüsü ilə ləğv edilmişdir. Bişkek "Manas" aviabazası ilə əlaqədar iyulun əvvəllərində ABŞ-la yüksək ödənc nəzərdə tutan yeni müqavilə imzalamışdır.
Fransa və İspaniya Qırğızıstan rəhbərliyinə müraciət edərək, aviabazadan istifadə etmək arzusunda olduqlarını bildirib. Qırğızıstanın xarici  işlər nazirinin müavini Ruslan Kazakbayev başqa ölkələrində müraciətlərini nəzərdən keçirməyə hazır olduğunu bildirmişdir. Onun dediyinə görə, İspaniya hərbi qulluqçularının "Manas" aviabazasında qalma müddətləri oktyabrın 13-də başa çatır.

Digər xəbərlər