PDF Oxu

Dünya

  • 7

Taliblər BMT-nin İslamabadakı ofisini partladıqlarını etiraf ediblər

Taliblər BMT-nin İslamabadakı ofisini partladıqlarını etiraf ediblər
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, "Taliban" hərəkatı bu ilin 5 oktyabrında İslamabadda BMT-nin Ümumdünya Ərzaq Proqramı ofisində törədilmiş partlayışın məsuliyyətini öz üzərinə götürmüşdür.
Agentlik taliblərin nümayəndəsi Azam Tarikin BMT haqda dediklərini misal gətirir. O, BMT-ni və beynəlxalq humanitar təşkilatları "kafir", onların əməllərini isə "müsəlmanların maraqları ilə üst-üstə düşməyən fəaliyyət" növü kimi xarakterizə edir. A.Tarikin dediyinə görə, "Taliban" bundan sonra da ABŞ və Pakistanın rəsmi müəssisələrində terror aktları törətməkdə davam edəcəkdir.
BMT-nin ofisində baş vermiş partlayış nəticəsində  5 nəfər həlak olmuşdur. "Frans Press"in  məlumatına görə, 8 kiloqrama yaxın partlayıcı maddədəki düyməciyi kamikadze işə salmışdır. Bundan sonra BMT Pakistandakı bütün nümayəndəliklərini, müvəqqəti olaraq, bağlamışdır.

Digər xəbərlər