PDF Oxu

Dünya

  • 7

Kosta-Rikanın keçmiş prezidenti rüşvətxorluğa görə 5 il müddətində azadlıqdan məhrumedilmə cəzasına layiq görülüb

Kosta-Rikanın keçmiş prezidenti rüşvətxorluğa görə 5 il müddətində azadlıqdan məhrumedilmə cəzasına layiq görülüb
1990-1994-cü illərdə prezident postunu tutmuş R.Kalderon dövlət və tibb müəssisələrinə cihazlar alınarkən, "pul sürüşmələri"nə yol verərək, rüşvət almışdır. R.Kalderonun aldığı rüşvətin ümumi məbləği haqda məlumat verilməsə də, alınmış cihazın ümumi qiyməti 40 milyon dollar olmuşdur. Cihazı Finlandiya müəssisəsi təchiz etmişdir. İttihamçı cinayətkarın 24 il müddətinə azadlıqdan məhrum edilməsini tələb etmişdir. R.Kalderon isə ittihamın hökmünü qəbul etməyib, 2010-cu il prezident seçkilərinə öz namizədliyini irəli sürmək istədiyini bəyan etmişdi. Məhkəmə hökmünün qüvvəyə minib-minməyəcəyi sual altındadır. Çünki bu ölkə qanunçuluğunda ənənəvi apellyasiya proseduru nəzərdə tutulmamışdır. Bu səbəbdən də, məhkəmə gedişində tərəflərdən biri dindirilərkən, ya qərar ləğv olunur, ya da baxılmaq üçün təkrar məhkəməyə qaytarılır.
R.Kalderon 2004-cü ildə həbs edilmiş və 5 ay mühafizə altında qalmışdır. O vaxtdan etibarən keçmiş Kosta-Rika prezidenti ev dustağı edilmişdir.

Digər xəbərlər