PDF Oxu

Dünya

  • 15

Kim Çen İr Obama ilə görüşmək istəyir

Kim Çen İr Obama ilə görüşmək istəyir
Şimali Koreya lideri danışıqların müsbət nəticə ilə başa çatacağı təqdirdə, nüvə silahı istehsalından imtina edəcəyini təsdiq etmişdir. Kim Çen İr altıtərəfli dialoqu ABŞ-la ikitərəfli danışıqların uğurla nəticələnəcəyi halda davam etdirəcəyini vurğulamışdır. O, ABŞ-la dialoqa "dinc məcrada" başlamağa hazır olduğunu bildirmişdir.
Şimali Koreya altıtərəfli danışıqlardan çıxmaq haqda qərarı 2009-cu ilin aprelində, BMT-nin Təhlükəsizlik Şurası "Inxa-2" raketinin sınağı ilə əlaqədar Pxenyanı kəskin tənqid atəşinə tutduqdan sonra qəbul etmişdir. Xatırladırıq ki, altıtərəfli danışıqlar ABŞ, Yaponiya, Cənubi Koreya, Rusiya və Çinin iştirakı ilə keçirilirdi. 2009-cu ilin mayında Şimali Koreya öz tarixində ikinci dəfə nüvə sınağını keçirmişdir. Dünya ictimaiyyəti bu aktı ittiham etdikdən sonra, Pxenyana münasibətdə yeni sanksiyalar tətbiq edilmişdir.
Oktyabrın 4-də Çinin baş naziri Ven Tszyabao Şimali Koreyanın nüvə proqramını müzakirə etmək üçün Pxenyana rəsmi səfər etmişdir. Baş nazirdən başqa Çinin nümayəndə heyətinin tərkibində xarici işlər nazir Yan Tszeçi və Çinin altıtərəfli danışıqlar təmsilçisi U Davey də olmuşlar.

Digər xəbərlər