PDF Oxu

Dünya

  • 8

Böyük Britaniya Liviyaya 14 milyon funt sterlinq təklif edib

Böyük Britaniya Liviyaya 14 milyon funt sterlinq təklif edib
Bu məlumat Britaniyanın baş naziri Harold Uilsonun 1975-ci ildə imzaladığı məktubunda aşkar edilmişdir. H.Uilson öz məktubunda Liviyanın ticarət dövriyyəsinin artırılması üçün maliyyə yardımı ayırmağı vəd etmişdir. Britaniya hökumətinin M.Kəddafiyə təqdim etdiyi məbləğ müasir dəyərinə görə, 500 milyon funt sterlinqə bərabərdir. Liviya hökumətinin bu təklifə razılıq verdiyi məlum deyil. Ancaq Britaniya hökuməti bu cür danışıq apardığını təkzib edir.
Liviya vaxtilə İrlandiya Respublikası ordusuna silah satan başlıca ölkələrdən biri olmuşdur. Liviya lideri M.Kəddafi İrlandiya separatçılarının fəaliyyətini dəstəkləyən şəxs kimi yadda qalmışdır. Bəzi məlumatlara görə, İrlandiya separatçıları Tripolidən 3,5 milyon dollar almışlar.
Son günlərədək İrlandiya separatçılarının keçirdikləri terror aktından həlak olanların qohumları Liviya hökumətinə müraciət edərək, kompensasiya ödəməsini tələb etmişlər. "BBC" agentliyinin məlumatına görə, Böyük Britaniyanın baş naziri Qordon Braun bu ilin sentyabrında çıxış edərək, bu cür müraciətlərin əsassız olduğunu bildirmişdir. Baş nazirin dediyinə görə, Liviya dünya terrorçuluğuna qarşı mübarizədə İngiltərənin başlıca partnyorlarından biridir.

Digər xəbərlər