PDF Oxu

Dünya

  • 12

Polis fələstinliləri Məbəd dağına doğru sıxışdırıb

Polis fələstinliləri Məbəd dağına doğru sıxışdırıb
150 nəfərə yaxın nümayişçi yollarını bağlayan polisi daşa basmışdır. Buna cavab olaraq, qanun keşikçiləri nümayişçilərə qarşı gözyaşardıcı qaz tətbiq etmişlər. Bundan sonra qanun pozuntusu Şərqi Yerusəlimin müxtəlif bölgələrinə yayılmışdır. Polis 3 nəfəri həbs etmişdir.
"Röyter"in məlumatına görə, gözyaşardıcı qazın tətbiqindən sonra 9 nəfər fələstinli yüngül xəsarət almışdır. Polis əməkdaşlarından biri daşla yaralanmışdır. Həmin vaxt Gözyaşı Barısında ibadətlə məşğul olan yəhudilərin təhlükəsizliyi təmin edilmişdir. Bununla əlaqədar müsəlmanların Məbəd dağındakı Əl-Aksa və Kubat əs-Səhra məscidlərinə ziyarəti dayandırılmışdır.Bir neçə gün əvvəl Məbəd dağı ətrafında baş vermiş qarşıdurma zamanı 30 nəfərədək adam yaralanmışdır.

Digər xəbərlər