PDF Oxu

Dünya

  • 9

General Petreus Ağ Evə təsir imkanından məhrum edilib

General Petreus Ağ Evə təsir imkanından məhrum edilib
Ancaq yeni prezident Barak Obama generalın təkliflərinə az diqqət göstərir. Elə D.Petreus da mətbuatda və əhali qarşısında az çıxışlar edir.
D.Petreusun başçılıq etdiyi ABŞ-ın mərkəzi hərbi komandanlığı "böyük Yaxın Şərq", həmçinin, Əfqanıstan və İraqdakı hərbi kontingentlərin məsuliyyətini daşıyır. 2007-2008-ci illərdə D.Petreus İraq koalisiya qüvvələrinin komandanı idi və İraqda Corc Buşun siyasətini yürüdən şəxs hesab edilirdi. Yalnız 2007-ci ilin sentyabrında C.Petreus üç gün ərzində mətbuata 34 müsahibə vermişdi. ABŞ Milli Təhlükəsizlik Şurasının həftəlik sessiyalarında məruzələrin üçdə biri D.Petreusun üzərinə düşürdü.
"Nyu-York Tayms"ın yazdığına görə, D.Petreusa münasibətdə vəziyyətin kəskin surətdə dəyişməsi müşahidəçilərin belə bir fikirə gəlmələrinə əsas vermişdir ki, general 2012-ci ildə keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürmək niyyətindədir. Onun bu siyasi ambisiyası Barak Obama komandasının generalın əleyhinə çevrilməsinə səbəb olmuşdur.

Digər xəbərlər