PDF Oxu

Dünya

  • 11

Cənubi Koreya Şimali Koreyanın bioloji və kimyəvi silahlarının miqdarını hesablayıb

Cənubi Koreya Şimali Koreyanın bioloji və kimyəvi silahlarının miqdarını hesablayıb
Cənubi Koreyanın Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Şimali Koreya dünyada kimyəvi və bioloji silahların böyük ehtiyatlarına malikdir. Hesabatda göstərilir ki, bunlardan başqa, Şimali Koreyanın hərbi arsenalında iprit qazı, zarin, tabun, fosgen və digər zəhərli maddələr, o cümlədən, vəba, çiçək, sarılıq xəstəliyi, səpgili tif, bağırsaq tifi və dizenteriya virusları vardır. 2009-cu il yanvarın axırlarında Şimali və Cənubi Koreya arasındakı münasibətlər, birtərəfli qaydada, birincinin münasibətləri pozması ilə gərginləşməyə başlamışdır. Cari ilin mayında Şimali Koreya nüvə sınağı keçirərək qonşu ölkə ilə 1950-1953-cü il müharibəsi nəticəsində bağlanmış atəşkəs rejimini pozaraq, xarici siyasəti sərtləşdirmək yolu tutmuşdur. May ayında keçirilmiş nüvə sınaqları iyunda BMT TŞ-nin Şimali Koreyaya münasibətdə sanksiyalarını daha da sərtləşdirmişdir. Avqust ayında şimalla cənub arasında münasibətlərdə normallaşma əlamətləri görülməyə başlamışdır. Hər iki ölkə nümayəndələri Pxenyana və Seula rəsmi səfərlər etmişlər. Avqustda Şimali Koreya ABŞ nümayəndələrini dəvət etmiş, oktyabrda Çinin baş naziri Ven Tszyabao Şimali Koreyaya rəsmi səfər etmişdir.

Digər xəbərlər