PDF Oxu

Dünya

  • 13

Yunanıstanın parlament seçkilərində müxalifət liderlik edir

Yunanıstanın parlament seçkilərində müxalifət liderlik edir
Yunanıstan sosialistlərinin başında ölkənin keçmiş xarici işlər naziri Yorqos Papandreu durur. "Röyter" agentliyinin məlumatına görə, ekzit-pollar seçicilərin 40 faizindən artığının sosialistlərə səs verdiyini bildirmişlər. Sosialistlərin parlamentdə əksər səs çoxluğu qazanaraq, yeni hökuməti formalaşdırmaları üçün bu, kifayət edərdi.
Analitiklər, ekzit-polların məlumatlarının reallaşacağı təqdirdə, sosialistlərin parlamentdəki 300 yerdən 151-159-nu qazanacağını ehtimal edirlər. "Yeni demokratiya" mühafizəkarlar partiyası 36,4 faiz səs qazanmışdır və parlamentdə 99 yerə iddia edə bilər.
Yunanıstanın baş naziri Kostas Karamanlis parlamentin buraxılması və bu ilin payızında yeni seçkilərin keçirilməsi üçün prezidentə müraciət etmişdir. Parlament və hökumət səlahiyyətlərinin başa çatmasına 2 il qalırdı.
Baş nazirin verdiyi bəyanata görə, böhran dövründə ölkənin iqtisadiyyatını sabitləşdirmək üçün ciddi qərarlar qəbul etmək lazımdır. Sosioloji rəy sorğularına görə, K.Karamanlisin hökuməti getdikcə etimadı itirməkdədir. Bununla yanaşı, K.Karmanlis hökuməti hər hansı vacib islahatları həyata keçirməyə qadir deyildir.

Digər xəbərlər