PDF Oxu

Dünya

  • 8

Tayfun, sunami və zəlzələ qurbanlarının sayı, müvafiq olaraq, 330, 118 və 467 nəfərə çatıb

Tayfun, sunami və zəlzələ qurbanlarının sayı, müvafiq olaraq, 330, 118 və 467 nəfərə çatıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 30-na olan məlumata görə, Vyetnam, Laos və Kambocada "Ketsana" tayfunundan həlak olanların sayı 330 nəfərə çatmışdır. 246 nəfər Filippində, 74 nəfər Vyetnamda, 11 nəfər isə Kambocada həlak olmuşdur. Bu ölkələrdə 200 min nəfərədək adam evini tərk etməyə məcbur olmuşdur. Laosda 6 kənd su altında qalmışdır.
"Frans Press" agentliyinin yaydığı məlumata görə, sentyabrın 29-da Sakit okeanın Samoa arxipelaqında baş vermiş zəlzələnin yaratdığı nəhəng sunami 118 nəfərin həyatına son qoymuşdur. Amreika Samoasının daxili təhlükəsizlik departamentinin mətbuat katibi Betti Axsunun dediyinə görə, müstəqil Samoa dövlətində 83, Amerika Samoasında 30, Tonqa dövlətində isə 6 nəfər sunaminin qurbanına çevrilmişdir. "Assoşieyted Press"in məlumatına görə, 6 nəfər Avstraliyada, 2 nəfər Cənubi Koreyada, 1 nəfər yeni Zelandiyada həlak olmuşdur. Rəsmi məlumata görə, 7,5 metr hüdürlükdə olan dalğa arxipelaq sahillərinə yeraltı təkanlardan 15 dəqiqə sonra çatmışdır.
"Assoşieyted Press"in məlumatına görə, oktyabrın 1-nə olan məlumata görə, İndoneziyada baş vermiş zəlzələdən ölənlərin sayı artaraq 467 nəfərə çatmışdır. Qərbi Sumatra əyalətinin paytaxtı Padanq şəhərində binaların 75 faizi dağılmışdır. Uçqunlar altında yüzlərlə adam qalmaqdadır. Təbii fəlakət nəticəsində 421 nəfərin ağır bədən xəsarəti aldığı bildirilir. Hakimiyyət dairələri qurbanların sayının daha min nəfərədək artacağını bildirir.
Sentyabrın 30-da yerli vaxtla saat 17.16 dəqiqədə İndoneziyada maqnitudası 7,6-ya bərabər zəlzələ baş vermişdir. Yeraltı təkanların episentri Padanqa şəhərinin 47-ci kilometrliyində olmuşdur. Birinci böyük təkandan sonra 20-dək yeraltı təkan qeydə alınmışdır. Yeraltı təkanlar hadisə yerindən 940 kilometr kənarda yerləşən Cakartada da müşahidə edilmişdir.

Digər xəbərlər