PDF Oxu

Dünya

  • 4

ABŞ Gürcüstandakı səfirini Ukraynaya göndərəcək

ABŞ Gürcüstandakı səfirini Ukraynaya göndərəcək
Ağ Evin rəsmi saytında verilən məlumata görə, 2005-2009-cu illərdə Gürcüstanda Amerika səfiri işləmiş Con Teft tezliklə Ukraynaya göndəriləcəkdir. C.Teftin ABŞ-ın Ukraynadakı səfiri olmasını əvvəl Barak Obama, daha sonra isə Senat təsdiq etməlidir.
C.Teft Gürcüstanda səfir işləməmişdən əvvəl ABŞ-ın xarici işlər təşkilatında 37 il diplomat vəzifəsində çalışmışdır. O, Avropa və Avrasiyanın qarşılıqlı münasibətləri üzrə ABŞ dövlət katibinin köməkçisinin müavini işləmişdir. C.Teftin başlıca vəzifəsi Rusiya, Ukrayna, Belorus və Moldova ilə dialoqlara cavabdehlik olmuşdur. Bundan əvvəl C.Teft ABŞ-ın hərbi kollecinin beynəlxalq məsələlər üzrə müşaviri işləmişdir. O, 2000-2003-cü illərdə ABŞ-ın Litvadakı səfiri vəzifəsində çalışmışdır. 1990-cı illərdə C.Teft Rusiyada Amerika diplomatik missiyasının başçısının müavini vəzifəsində işləmişdir. O, həmçinin, İsrail, Macarıstan və İtaliyadakı ABŞ səfirliklərində də fəaliyyət göstərmişdir.
C.Teft Market Universitetində bakalavr, Corctaun Universitetində isə magistr dərəcəsi almışdır.

Digər xəbərlər