PDF Oxu

Dünya

  • 7

İran xaricdən zənginləşdirilmiş uran almağa hazır olduğunu bildirib

İran xaricdən zənginləşdirilmiş uran almağa hazır olduğunu bildirib
"Frans Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 30-da İran prezidenti Mahmud Əhmədinejad belə bir bəyanat vermişdir ki, Tehran özünün aşağı səviyyəli zənginləşdirilmiş uranının əvəzinə, xarici ölkələrdən daha yüksək keyfiyyətli zənginləşdirilmiş uran almağa hazırdır.
Bu bəyanat İran prezidentinin oktyabrın 1-də "altılıq" ölkələri - ABŞ, Böyük Britaniya, Fransa, Rusiya, Çin və Almaniya ilə görüşü ərəfəsində verilmişdir. M.Əhmədinejadın dediyinə görə, Tehranın 19,75 faiz zənginləşdirilmiş urana böyük ehtiyacı var və onu özünün 3,5 faiz zənginləşdirilmiş uranı əvəzinə alıb istifadə etməyə hazırdır.
Bir müddət əvvəl, "Vaşinqton Post" qəzeti İran prezidentindən aldığı müsahibədə Tehranın zənginləşdirilmiş uran almaq istədiyini yazırdı. Ötən həftə İran MAQATE-yə uranın zənginləşdirilməsi ilə məşğul olacaq ikinci məxfi zavodunun olduğunu bildirmişdi. Bu zavodun tikintisinin 2010-cu ildə başlanacağı bildirilir. Natanzda olan birinci zavod haqda məlumat isə 2002-ci ildən MAQATE-yə bildirilmişdi.
İran rəhbərliyi nüvə proqramlarının, istisnasız olaraq, dinc xarakter daşıdığını bildirməkdədir.

Digər xəbərlər