PDF Oxu

Dünya

  • 11

ABŞ ordusunu İraqdan çıxarmaq prosesini sürətləndirəcək

ABŞ ordusunu İraqdan çıxarmaq prosesini sürətləndirəcək
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, Birləşmiş Ştatlar öz hərbi kontingentini İraqdan çıxarılması prosesinin sürətini artırmaq niyyətindədir.
ABŞ-ın İraqdakı hərbi komandanı Rey Odiernonun sentyabrın 30-da rəsmi surətdə Konqresə təqdim edəcəyi məruzədə göstərilir ki, ABŞ-ın İraqdakı hərbi kontingentinin miqdarı 124 mindən 120 minə endirilərək, 4 min nəfərədək azaldılacaqdır. "Biz İraqdakı hərbi qüvvələrimizin sayını, təhlükəsizlik maraqlarımızı qurban vermədən, məqsədyönlü şəkildə azaltmaqda davam edirik" R.Odiernonun silahlı qüvvələrin məsələləri üzrə Nümayəndələr Palatasının komitəsində edəcəyi məruzənin mətnində bildirilir.
R.Odiernonun İraqın gələcəyinə verdiyi proqnoz çox nikbindir. Bununla yanaşı, general başlıca çətinliklərin də olduğunu bildirir. Onun fikrincə, terror aktları təhlükəsi azalsa da, tamamilə aradan qaldırılmamışdır. Etnik qruplar və konfessional birliklər arasındakı qarşıdurmalar da səngimək bilmir. Söhbət ərəblər və kürdlər, şiələr və sünnilər və s. qarşıdurmalardan gedir.
ABŞ və İraq hökumətinin razılaşma şərtlərinə görə, birincinin ordu hissələri İraq ərazisindən 2010-cu ilin avqustunda çıxarılacaq və bundan sonra İraq ərazisində cəmi 50 min Amerika hərbçisi qalacaqdır.

Digər xəbərlər