PDF Oxu

Dünya

  • 16

Estoniya Rusiyanı hava sərhədini pozmaqda ittiham edib

Estoniya Rusiyanı hava sərhədini pozmaqda ittiham edib
Estoniya müdafiə qüvvələrinin baş qərargahı sentyabrın 29-da Rusiyanı ölkənin hava sərhədlərini pozmaqda ittiham etmişdir. Estoniya tərəfinin bəyanatına görə, sentyabrın 28-də axşam Rusiya hərbçilərinə məxsus Kalininqraddan Moskva istiqamətində uçan An-24 təyyarə 1,4 kilometr Estoniyanın hava məkanının dərinliyinə cummuş və yarım dəqiqə orada qalmışdır.
İnsident Vayndloo adası ərazisində yerli vaxtla 22:40 dəqiqədə baş vermişdir. Estoniyanın hava məkanının pozulması halı Emari hava xətlərinin mərkəzi idarəetmə dispetçerləri tərəfindən müşahidə edilmişdir.
Estoniya əvvəllər də Rusiyanı bir neçə dəfə hava məkanını pozmaqda ittiham etmişdi. Ötən il Rusiyaya məxsus An-72 təyyarəsi Estoniyanın hava məkanını pozmuşdur. 2007-ci ilin iyununda Rusiyaya məxsus Tu-154 təyyarəsi iki dəfə Estoniyanın hava məkanına soxulmuş və 5 dəqiqə müddətində orada qalmışdır. 2005-ci ilin oktyabrında Rusiyaya məxsus An-26 hərbi təyyarə Estoniyanın hava məkanına soxulmuşdur. 2005-ci ilin sentyabrında Rusiyanın Su-27 qırıcı təyyarəsi Litva ərazisində qəzaya uğradıqdan sonra Estoniya hökuməti Rusiyanı ölkənin mülki təyyarə reyslərinə təhlükə törətməkdə ittiham etmişdir.

Digər xəbərlər