PDF Oxu

Dünya

  • 10

İran İsveçrə diplomatlarının həbs edilmiş ABŞ turistləri ilə görüşünə icazə verib

İran İsveçrə diplomatlarının həbs edilmiş ABŞ turistləri ilə görüşünə icazə verib
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 29-da İran hökuməti İsveçrə diplomatlarının İran və İraq sərhədlərini qeyri-qanuni keçməkdə təqsirli bilinən ABŞ turistləri ilə görüşünə icazə vermişdir.
İsveçrə İran və ABŞ arasında vasitəçi rolu oynayır. Məlum olduğu kimi, İran və ABŞ rəsmi diplomatik münasibətlərini bərpa etməmişlər. İsveçrə diplomatlarının harada və hansı şəraitdə ABŞ turistləri ilə görüşməsi haqda məlumat verilmir. Bu faktı təsdiq edən ABŞ rəsmiləri isveçrəli həmkarlarından ABŞ vətəndaşlarının hansı şəraitdə saxlanmaları haqda məlumat gözləyirlər.
Üç ABŞ vətəndaşı 2009-cu ilin 31 iyulunda İran sərhədçiləri tərəfindən həbs edilmişlər. Həmin gün İraq Kürdüstanının gəzməli yerlərinə gedən ABŞ turistləri səhvən İran ərazisinə düşmüşlər. Sentyabrın 22-də İran prezidenti Mahmud Əhmədinejad "Assoşieyted Press"ə verdiyi müsahibəsində İran məhkəməsinin ABŞ turistlərinə lütfkar münasibət göstərmələrini xahiş edəcəyini bildirmişdi.

Digər xəbərlər