PDF Oxu

Dünya

  • 11

İranın baş qərargahının rəisi İsraili “kağız pələng” adlandırıb

İranın baş qərargahının rəisi İsraili “kağız pələng” adlandırıb
"Assoşieyted Press" informasiya agentliyinin yaydığı məlumata görə, İranın baş qərargahının rəisi Həsən Firuzabadi İsrailin İran əleyhinə hərbi qüvvə tətbiq edəcəyini "təhdid" kimi qiymətləndirmişdir: "İsrail kağızdan düzəldilmiş pələngdir və bu ölkə rəhbərliyinin İrana hücum haqda bəyanatları "təhdid"dən başqa bir şey deyildir."
H.Firuzabadinin bu bəyanatı İranın uğurlu raket sınaqlarından bir neçə saat sonra səslənmişdir. İran hərbçiləri belə bir bəyanat verirdilər ki, bu raketlər İsrail ərazisindəki hədəfləri vurmaq qabiliyyətindədir.
ABŞ İranın keçirdiyi raket sınaqlarını təxribat kimi xarakterizə etmişdir. Rusiyanın xarici işləri naziri Sergey Lavrov, öz növbəsində, "İranın nüvə proqramı ətrafında gərgin mübahisələrin getdiyi bir vaxtda" raket sınaqlarının keçirilməsinin narahatlıq doğurduğunu bildirmişdir. Bununla yanaşı, o, qeyd etmişdir ki, İranın keçirdiyi raket sınaqları "beynəlxalq razılaşmalarla ziddiyyət təşkil etmir".

Digər xəbərlər