PDF Oxu

Dünya

  • 11

Türkiyə ordusunun T129 vertolyotu İtaliyaya ilk uçuşunu həyata keçirib

Türkiyə ordusunun T129 vertolyotu İtaliyaya ilk uçuşunu həyata keçirib
"Aqusta Westland" kompaniyasının mətbuat xidmətinin məlumatına görə, Türkiyə ordusuna məxsus T129 vertolyotu istehsalçı kompaniya ərazisinə ilk uçuşunu gerçəkləşdirmişdir. Bu vertoloytu Türkiyə mütəxəssislərinin iştirakı ilə İtaliya müəssisələrində yığılmışdır.
Qiyməti 2,7 milyard dollar məbləğində olan vertolyotlar 2007-ci ildə İtaliyanın istehsal müəssisələri və Türkiyə hökuməti arasında imzalanan müqaviləyə əsasən, satışa buraxılmışdır. Türkiyə tərəf, ilk olaraq, 50 vertolyot sifariş vermişdir. Gələcəkdə daha 41 vertolyotun sifarişi verilə bilər. Qeyd etdiyimiz kimi, vertolyotun avionikanı da daxil etməklə, bəzi elementləri, o cümlədən, proqram təminatı və digər cihazlar Türkiyə kompaniyalarında istehsal edilir.
Bu cür vertoloytları Türkiyəyə əvvəl ABŞ satmaq istəyirdi. Ancaq Ankara İtaliya vertolyotlarına üstünlük vermişdir.

Digər xəbərlər